14 C
Baku
Saturday, November 23, 2024

Türkiyə 10 ölkənin səfirini “persona non qrata” elan edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İşlər Nazirliyinə ABŞ, Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç və İsveç səfirlərini “persona non grata” elan etməyi tapşırıb.

Bu barədə R.T.Ərdoğan Eskişehirdə çıxışı zamanı deyib.

Türkiyə Xarici İşlər Nazirliyi səfirləri yanına çağıraraq onlara Vyana Konvensiyasına riayət edilməsinin zəruriliyini xatırladıb.

Məlumata görə, diplomatlar Türkiyə hakimiyyəti tərəfindən 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə təqsirləndirilən Osman Kavalanın məhkəməsi ilə bağlı sosial şəbəkələrdə səsləndirdikləri ifadələrlə əlaqədar arzuolunmaz şəxs elan ediliblər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər