Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” 2050-ci ilədək istixana qazı emissiyalarını xalis sıfır səviyyəsinə çatdırmaq istəyir.
Bu barədə şirkətin saytında dərc olunmuş press-relizdə bildirilir.
Qeyd olunub ki, “SaudiAramco” qlobal sənayeni bu problemin həllinə yönəltmək üçün unikal və güclü platformadır:
“Bu gün 2050 -ci ilə qədər bütün şirkətlərdə istixana qazı emissiyalarını sıfır səviyyəsinə çatdırmaq nail olmağı qərara aldığımızı bildirməkdən məmnunuq”.
Şirkət, 2022-ci ilin ikinci rübündə yayılacaq davamlılıq hesabatında daha çox detalları açıqlamağı planlaşdırır.
“Energy Transitions Commission” (ETC) təşkilatının məlumatına görə, 2050-ci ilədək qlobal miqyasda xalis sıfır karbon emissiyası hədəfinə çatmaq üçün ildə 1-2 trilyon dollarlıq investisiya tələb olunur.
Stanford Universitetinin araşdırmasına görə, 2000-ci ildən bəri qlobal istiləşmə ABŞ və Avropa İttifaqına ən azı 4 trilyon dollara başa gəlib. Tropik ölkələr isə hazırda qlobal istiləşmə başlamazdan əvvəl olduğundan 5 faiz daha kasıbdır.
Report