10 C
Baku
Thursday, December 12, 2024

2 şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması 30 milyona başa gələcək

“Azərsu” ASC “Nort Vest Konstrakşn” MMC və “Euroline” QSC ilə 30 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, “Nort Vest Konstrakşn” MMC ilə bağlanmış müqavilədə Azərbaycan Respublikasının dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) çərçivəsində “Qax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 7 597 998 manatdır.

“Euroline” QSC ilə olan müqavilə isə Azərbaycan Respublikasının dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) çərçivəsində “Şəki şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması”ndan ibarətdir. Bu müqavilənin dəyəri isə 22 828 327 manatdır.

İki müqavilənin məbləği isə 30 426 325 manatdır.

 

Son xəbərlər
Digər xəbərlər