Çinin elektron ticarət nəhəngi “Alibaba”nın kapitallaşması son bir ildə 344.4 milyard dollar azalıb ki, bu da dünyada bütün şirkətlər arasında rekord itkidir.
Banker.az xəbər verir ki, keçən il oktyabrın 27-si şirkətin səhmləri 317.14 dollara çatıb, sonra isə il ərzində tədricən düşməyə başlayıb.
4 oktyabr 2021-ci il tarixində minimum göstərici qeydə alınıb – 139.63 dollar, sonra yenidən yüksəliş müşahidə olunub və oktyabrın 22-si səhmlər 177.77 dollar səviyyəsində dayanıb.
“Alibaba” səhmləri ən aşağı səviyyədən 27% artmasına baxmayaraq, hələ də 2020-ci il zirvəsindən 44% aşağı olaraq qalır.
Kəskin azalma şirkətin qurucusu Cek Manın məşhur çıxışından sonra başlayıb. 2020-ci ilin oktyabr ayının sonunda Şanxayda keçirilən konfransda iş adamı bank sistemini tənzimləyən Bazel razılaşmalarını “yaşlılar klubu” adlandırıb.