13 C
Baku
Tuesday, May 7, 2024

ABB-nin rəhbərliyi yenidən formalaşdırılıb, sədr təyin edildi

25 oktyabr 2021-ci il tarixində ABB ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Bankdan daxil olmuş məlumatda bildirilir ki, yığıncaqda ABB-nin Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb.

Şahmar Mövsümov, Emin Hüseynov, Xalid Əhədov, Mətin Eynullayev, Fəxri İsmayılov ABB-nin Müşahidə Şurasının üzvləri seçilib.

ABB səhmdarlarının ümumi yığıncağında Şahmar Mövsümov yenidən Bankın Müşahidə Şurasının sədri təyin edilib.

Yığıncaqda ABB-nin İdarə Heyəti sədrinin təyinatı məsələsinə də baxılıb. Abbas İbrahimov yenidən Bankın İdarə Heyətinin sədri təyin olunub. 

Son xəbərlər
 ⁠
Digər xəbərlər