10 C
Baku
Wednesday, December 11, 2024

“Ziraat Bank Azərbaycan” 4 milyon manat mənfəət açıqladı

“Ziraat Bank Azərbaycan” ASC bu ilin III rübünü 3 milyon 899 min manat mənfəətlə başa vurub. 2020-c ilin eyni dövründə isə bankın mənfəəti 1 milyon 940 min manat idi.

Banker.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2 dəfə çoxdur.

Yanvar-sentyabr aylarında “Ziraat Bank Azərbaycan”ın gəlirləri 23 milyon 435 min manat , xərcləri 15 milyon 138 min manat, xüsusi ehtiyatlara ayırmaları isə 1 milyon 291 min manat təşkil edib.

Bu il oktyabrın 1-nə “Ziraat Bank Azərbaycan”ın aktivləri 340 milyon 848 min  manat olub ki, bu da ötən ilin sonuna nisbətən 14% çoxdur. Bunun 189 milyon 523 min manatı müştərilərə verilmiş  kreditlərdir. Son 9 ayda  Bankın kredit portfeli 20% böyüyüb.

Xatırladaq ki, “Zıraat Bank Azərbaycan” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 99,98 %-i Türkiyənin “Ziraat Bank”ına, 0,01 %-i “Zıraat Sıgorta” şirkətinə, 0,01 %-i isə “Ziraat Yatırım Menkul Değerler” şirkətinə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər