15 C
Baku
Tuesday, April 30, 2024

Hökumət büdcədən televiziya, radio və nəşriyyata ayırdığı xərcləri 20% azaldır

Azərbaycan hökuməti 2021-ci ildə dövlət büdcəsindən televiziya, radio və nəşriyyata ayırdığı xərcləri xeyli azaldır.

Bu barədə Banker.az Milli Məclis tərəfindən hazırlanan 2022-ci ilin Dövlət Büdcəsi haqqında qanun layihəsində deyilir.

Məlumata görə, 2022-ci ildə bu sahəyə cəmi 54.16 milyon manat vəsait ayrılacaq. Bu da öncəki ilin eyni dövründən 20% azdır.

Qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsi haqqında qanunda 67.4 milyon manat ayrılmışdı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər