Sentyabr ayında Azərbaycana 72 686 nəfər əcnəbi səfər edib ki, bu da ötən ilin sentyabr ayına nisbətən 99% və yaxud təxminən 2 dəfə çoxdur.
Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “2021-ci ilin ilk 9 ayı: İqtisadi artımın bərpası və post-konflikt quruculuğu” mövzusunda hazırladığı “İslahat İcmalı” hesabatına istinadən xəbər verir.
Sentyabrda Azərbaycana ən çox Türkiyə (20 186 nəfər), Rusiya (18 967), İran (16 270), Gürcüstan (5 503), Ukrayna (1 270) vətəndaşları səfər edib.