1 C
Baku
Saturday, December 14, 2024

ÜST Azərbaycana 100 min tibbi maska təhvil verib

COVID-19-la mübarizəyə dəstək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyi 50 min tibbi maska Şamaxı rayonuna, hər birinə 10 min olmaqla 50 min tibbi maska isə münaqişənin təsirinə məruz qalmış 5 rayonda (Bərdə, Tərtər, Ağdam, Füzuli və Ağcəbədi) yerləşən xəstəxanalara təhvil verib.

Bu yardım Almaniya hökumətinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 pandemiyasının təsirinə məruz qalmış ölkələr üçün ayırdığı 121 milyon maska tədarükünün tərkib hissəsidir.

Qeyd edək ki, bu tibbi ləvazimatdan 926 min ədəd tibbi maska Azərbaycana göndərilib. Sözügedən tədbirlərdə ÜST-nin Ölkə Ofisi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in nümayəndələri iştirak edib və müvafiq qurumlar təhvil-təslim aktını imzalayıblar.

Məlumat üçün bildirək ki, tibbi maskalar səhiyyə işçiləri və pandemiya dövründə mübarizənin ön cəbhəsində əhali ilə birbaşa təmasda olan şəxslərin istifadəsi üçün yerli tərəfdaşlar arasında paylanıb

MənbəReport
Son xəbərlər
Digər xəbərlər