10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda vəzifəli şəxs işdən azad olunub – Foto

Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin müdiri Vüqar Məmmədov vəzifəsindən azad olunub.

O, işdən çıxmaqla bağlı ərizə yazıb.

Dövlət Komitəsinin rəhbərliyi ərizəni qəbul edib.

V.Məmmədov təhsil və iş üçün xarici ölkələrdən birinə köçüb.

Qeyd edək ki, Məmmədov Vüqar Sərtib oğlu 1984-cü il avqustun 27-də anadan olub. 2006-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 2008-ci ildə Paris 8 Universitetində Geosiyasət ixtisası üzrə magistr, 2016-cı ildə Avstriyada Beynəlxalq Anti-Korrupsiya Akademiyasında yenə magistr pilləsi üzrə təhsil alıb.

Daha sonra Moskva Dövlət Humanitar-İqtisad Universitetinin aspirantura pilləsini bitirib. Eyni zamanda 2004-cü ildə Fransada Strasburqun Robert Şuman və 2008-ci ildə Paris 1 Universitetində 1 illik araşdırma aparıb.

2009-2010-cu illərdə hüquq bürosunda, 2010-2018-ci illərdə Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsində çalışıb.

2012-2013-cü illərdə Avropa Parlamentində təcrübə keçib.

O, 2018-ci ildən Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri (Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsi) vəzifəsində çalışırdı.

9f4e3910 3531 3d5d b853 8251796a250c

MənbəReport
Son xəbərlər
Digər xəbərlər