10 C
Baku
Saturday, November 23, 2024

Rusiya yem məhsullarının idxalını asanlaşdırır

Rusiyaya idxalına icazə verilən yem məhsullarının çeşidini və xarici müəssisələrin siyahısını genişləndiriləcək.

Bu barədə məlumatı Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) yayıb.

Bildirilir ki, xidmət Rusiyaya yem məhsullarının tədarükünü bərpa etmək üçün xarici idarələrlə sistemli şəkildə işləyir.

Belə ki, qurum hazırda xarici səlahiyyətli orqanlardan əvvəllər müəyyən edilmiş pozuntularla bağlı aparılan araşdırmalar və Rusiya tərəfinin tələblərinə əməl olunmasını təmin etmək üçün görülən tədbirlər, habelə onların gələcəkdə həyata keçirilməsinə təminat verən çoxsaylı materiallar, məlumatlar qəbul edir.

“Rosselxoznadzor” 2021-ci ilin iyun ayından etibarən mərhələli şəkildə Almaniya, İspaniya, Hollandiya və Böyük Britaniyadakı 65 müəssisədən 195 sayda yem və yem əlavələrinin tədarükünün bərpasına icazə verib, onlardan 33-ü funksional yem ixracatçısıdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər