İŞÇININ VƏZIFƏSI:
– Bankın Strateji inkişaf planının Hüquq Departamentinin fəaliyyətinə aid bölmələrinin hazırlanmasında iştirak edir, Departamentin vəzifələrinə aid olan layihələrin hazırlanmasında iştirak edir və həvalə olunan layihələrin idarə edilməsini həyata keçirir;
– Hüquq Departamentinin fəaliyyəti ilə bağlı olan Bankdaxili təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır, aidiyyəti struktur bölmələrlə razılaşdırır və İdarə Heyətinə təqdim edir;
– Səhmdarların ümumi yığıncağının, Müşahidə Şurasının, İdarə Heyətinin iclas protokollarının, İdarə Heyəti üzrə əmr və sərəncamların hazırlanmasını hüquqi cəhətdən dəstəkləyir, onların ekspertizasını həyata kecirir və rəy verir;
– Bankdaxili Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirir və rəy verir;
– Bankın emissiya prospektinin, emissiya prospekti üzrə səhm sertifikatları nümunələrinin müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin edir;
– Bankın hüquqi sənədlərinin, o cümlədən nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirir, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin edir;
– Bankdaxili tələbdən asılı olaraq filial, şöbə rəhbərlərinə və digər əməkdaşlara Bankın etibarnaməsinin verilməsini və vaxtlı-vaxtında bu etibarnamələrin dəyişdirilməsini təmin edir;
– Bankın fəaliyyətilə bağlı bağlanan bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy verir və Bankın maraqlarına cavab verməsini təmin edir;
– Bankda yeni filial, şöbə və nümayəndəlikərin açılması üzrə hüquqi sənədləri hazırlayıb, Mərkəzi Banka təqdim edilməsini təmin edir,
– Bankın filial, şöbə və nümayəndəliyinin bağlanması ilə əlaqədar sənədləşdirilmələri həyata kecirir;
– Bankın sığortalanmasını (BBB, icbari sığortalar, əmlak və məsuliyyət sığortaları, işçilərin həyat sığortası və s.) hüquqi cəhətdən müşayiət edir;
– Bankda keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxır, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər verir.
TƏLƏBLƏR:
– Hüquq üzrə ali təhsilin olması (LLM dərəcəsi arzuolunandır);
– Maliyyə sektoru haqqında aydın təəssüratının olması;
– Hüquq sahəsində 5 il və idarəetmə vəzifədə 3 il iş təcrübəsinin olması;
– Azərbaycan və İngilis dillərində səlis yazı və danışıq bacarığının olması;
– Yüksək analitik düşüncə və problemləri həlletmə bacarığının omlası;
– Liderlik, təşəbbüskarlıq, dürüstlük, dayanıqlıq, dəqilik və etibarlılıq kimi keyfiyyətlərə sahiblik;
– Yüksək dərəcədə komandanı həvəsləndirmək və idarəetmək qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 6 aprel 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hüquq Departamentinin direktoru” göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.