9 C
Baku
Sunday, December 1, 2024

Azərbaycanda dövlət istiqrazlarının ödəniş faizləri düşdü

Azərbaycan Mərkəzi Banknın ötən həftənin son iş günündə faiz dərəcəsinin 0.5 faiz bəndi artırmaqla 7%-ə yüksəltikdən sonra dövlət istiqrazlarının ilk hərracı keçirildi.

2 noyabr 2021-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0108034882 ISIN kodlu, tədavül müddəti 1 820 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac olmuşdur.

Banker.az-a bu barədə BFB-dan bildirlir.

AZ0108034882 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 51.9 milyon manat təşkil edib. Hərrac zamanı 13 investor tərəfindən 18 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyi tərəfindən 10 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 101.5654 (gəlirlilik 5.6363%) səviyyəsində müəyyən edilib. Sonuncu dəfə 3 illik istiqrazları üzrə hərrac 27 oktyabrda keçirilmişdi, həmin hərracda orta ölçülü qiymət 101.4055 (5.6732%) müəyyən edilmişdi.

İstiqrazların ödəmə müddəti 27 oktyabr 2026-cı ildir.

Qeyd edək ki, AMB-nin son iclasında bank sisteminin likvidlik mövqeyində struktur profisitinin olması banklarararsı pul bazarında faizlərin və dövlət qiymətli kağızlarının gəlirliyinin aşağı səviyyədə formalaşmasını şərtləndirdiyini qeyd edir.

Son xəbərlər
Digər xəbərlər