2021-ci ilin yanvar-sentyabr ayları ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 44% azalaraq 38.9 milyon nəfər olub.
Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Həmçinin, nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 797.4 milyon sərnişin daşınıb və ötən il ilə müqayisədə 7.3% azalma qeydə alınıb. Sərnişinlərin 91.5%-i avtobus, 8.5%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.