9 C
Baku
Thursday, December 12, 2024

“Bank Technique”in yeni əmanəti valyuta risklərini sığortalayır

“Bank Technique” yeni məhsulunu – “Sığortalı+” depozitini təqdim edir.

Bankın sığortalı depozit növlərinə aid edilən bu yeni əmanət növü mümkün valyuta risklərinin qarşılanması ilə seçilir. Bank əmanətçilərə manat vəsaitlərini və faizlərini müddətin sonunda istər yerləşdirildiyi kimi manatda, istər isə ABŞ dollarında, yerləşdirmə gününün məzənnəsi ilə götürmək imkanını yaradır.

Bu zaman bütün mümkün valyuta risklərini bank üzərinə götürür, müştəri isə bütün məzənnə dəyişikliklərindən sığortalanır və dollarla yatırılmış əmanətlə müqayisədə daha böyük gəlir əldə edir.

“Yeni məhsulumuz ilk növbədə müştərilərimizin razılığına və arxayınlığına yönəlib. Hər bir əmanətçi müddətin sonunda vəsaitlərini və gəlirini manat və ya yerləşdirdiyi günün məzənnəsi ilə ABŞ dollarında götürə biləcək”, – Bankın Baş direktoru Kamran Axundov vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər