Azərbaycan İnvestisiya Holdinqi və “Dubai Logistics World” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında yazıb
“Azərbaycan İnvestisiya Holdinqi və “Dubai Logistics World” şirkəti arasında imzalanan Anlaşma Memorandumu ölkəmizin “Dünya Logistika Pasportu” (WLP) təşəbbüsünə qoşulması, Azərbaycanın beynəlxalq ticarətlə məşğul olan şirkətlərinin regional WLP mərkəzlərin təqdim etdiyi üstünlüklərə birbaşa çıxışının əldə olunması sahəsində əməkdaşlığı nəzərdə tutur”, – o qeyd edib