“Keçən il Azərbaycan iqtisadiyyatı 4,3% azalmışdı, bu il 4,8% artıb”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.O qeyd edib ki, bu yumşalmanın iqtisadiyyata təsirinin göstəricisidir: “Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı təkliflər gələn ilin büdcə layihəsində nəzərə alınıb. Artıq layihə Prezident tərəfindən Milli Məclisə göndərilib”.
Ş. Mövsümov qeyd edib ki, bu vəsaitin məbləğinə və orta aylıq əməkhaqqının həddi məsələsinə də Milli Məclisdə baxılacaq.