18 C
Baku
Friday, November 22, 2024

Mərkəzi Bank nağd pulun sığortalanması üçün şirkət axtarır

Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq əsas vəsaitlərin və nağd pulun sığortalanması üzrə açıq tender keçirir.

Tender proseduru 22 dekabr 2021-ci il saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcəkdir.

İddiaçı qismində Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətinə lisenziyası olan, müvafiq sığorta növlərinin aparılması üzrə rəsmi razılıq almış, müvafiq icbari sığorta növləri üzrə İcbari Sığorta Bürosunun İştirakçısı Sığortaçılarının Reyestrinə daxil edilmiş sığorta şirkəti çıxış edə bilər.

İddiaçının tələb olunan kapitalı Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 04 mart 2020-ci il tarixli 08/2 nömrəli qərarına uyğun olaraq qeyri-həyat sığortası fəaliyyəti üzrə sığortaçılar üçün tələb olunan 5 000 000 (beş milyon) manatdan az olmamalıdır.

Son xəbərlər
Digər xəbərlər