Portuqaliya Prezidenti Marselo Rebelo do Sousa bildirib ki, o, Respublika Məclisini (birpalatalı parlament) buraxmaq və gələn il yanvarın 30-na ölkədə növbədənkənar seçkilər təyin etmək qərarına gəlib.
Dövlət başçısının çıxışını Portuqaliyanın dövlət radio və televiziya şirkəti “Radio e Televisao de” yayımlayıb.
“Mən Respublika Məclisini buraxmaq və seçkiləri yanvarın 30-na təyin etmək qərarına gəldim”, – deyə prezident bildirib.
Qeyd edək ki, Marselo Rebelo do Sousa cari il yanvarın 25-də Portuqaliya Prezidenti seçilib. O, seçkilərdə 62,54% səs toplayıb.