Azərbaycanda gələn il tikinti, bərpa, yenidənqurma, əsaslı təmir və müxtəlif əsaslı alışların həyata keçirilməsi üçün dövlət büdcəsindən 1,435 milyard manat vəsait ayrılacaq.
Bu məsələ “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, bu, bu ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 21,1% çoxdur.