10 C
Baku
Wednesday, December 11, 2024

Rəqəmsal kamera bazarını itirib dərman istehsalına keçdi: “Kodak”ın hekayəsi

Kodak şirkəti innovativ kameralar istehsal edirdi, kosmik gəmilər və kəşfiyyat üçün sistemlər hazırlayırdı, lakin pul və nüfuzunu əldə saxlamağı bacara bilmədi. Niyə Kodak kimya müəssisəsinə çevrildi?

“Mənim işim bitdi. Gözləməyin nə mənası var?” – amerikalı ixtiraçı və sahibkar Corc İstmen intihar məktubunu yazaraq özünü öldürdü. O, 77 yaşında dünyasını dəyişsə də, amerikalıları özlərinə və ölkələrinə fərqli bucaq altında baxmağa vadar etdi.

download 1

1880-cı ildə onun şirkəti Kodak yeni kamera icad etdi, az qala istehlak filmləri bazarında inhisarçıya çevrildi və Hollivudla əməkdaşlıq etməyə başladı. İstmen ixtiraçı Tomas Edison ilə dost idi, o həm də Roçester şəhərində kollecləri, xəstəxanaları və mədəniyyət mərkəzlərini maliyyələşdirirdi.

download 2

Hələ 2000-ci illərin birinci yarısında şirkət 486 hektar ərazisi olan Kodak Park şəhərciyinə sahib oldu. Onun ümumi mənfəəti 4.3 milyard dollar olaraq qiymətləndirilirdi. 2019-cu ildə bu rəqəm artıq 4.3 milyard dollara çatmışdı. Bu gün şirkətin dövriyyəsi xeyli geriləyir: bəzi binaları icarəyə verildi, satıldı və ya hətta söküldü. Beləliklə, 2019-cu ildə Kodak-ın mənfəəti cəmi 183 milyon dollar təşkil etdi.

Son beş il ərzində Kodak əczaçılıq sənayesi ilə məşğul olur: generik preparatlar üçün qeyri-aktiv doldurucular istehsal edir. Şirkət istehsalı genişləndirərək həm xammal, həm də hazır preparatlar buraxmağı planlaşdırır.

Şimali Amerikanın xarici tədarükçülərdən nə qədər asılı olduğunu başa düşəndən sonra şirkət biznesini “yenidən təşkil etməyə” qərar verdi. 2020-ci ildə Kodak laboratoriyaları təchiz etməyi və ilk növbədə Roçersterdə 360-a yaxın iş yeri yaratmağı planlaşdırdı. Ancaq bunun üçün investisiyalara ehtiyac var idi, buna görə şirkət 2020-ci ildə ABŞ-ın Beynəlxalq İnkişaf və Maliyyə Korporasiyasından 765 milyon dollar istədi.

Təşkilat ərizəyə baxmağa razı oldu və həmin ilin iyulunda ABŞ hökuməti Kodak-a dəstək oldu. “Yazıçı Fitzcerald bir dəfə demişdi ki, amerikalıların həyatında ikinci geri dönüş olmur. Məhz Kodak bunun əksini sübut edəcək – onun ikinci geri dönüşü Amerika sənayesi tarixində ən böyük hadisələrdən biri olacaq”, – deyə Trampın müşaviri Piter Navarro dedi.

Bu xəbərdən sonra mediada gələcək sövdələşmə ilə bağlı çoxlu xəbərlər çıxdı ki, bu da investorların marağına səbəb oldu. Nəticədə, Robinhood birjasının 79 min istifadəçisi Kodak səhmlərini aldı. Bunun fonunda onların dəyəri dərhal 2 757% artdı.

download 3

Senator Elizabet Uorren şirkəti danışıqların təfərrüatlarını vaxtından əvvəl – hakimiyyət orqanları ilə rəsmi görüşü keçirilmədən jurnalistlərə açıqlamaqda ittiham etdi. Kodak səhvini ictimaiyyətə etiraf etmək əvəzinə, nəşrlərdən paylaşımları silməyi xahiş etdi.

Komissiya danışıqları dayandırdı, Reddit istifadəçilərin Kodak-ı fırıldaqçı adlandırdı və Navarro rəhbərliyin hərəkətlərini “şirkət tarixindəki ən böyük axmaqlıq” hesab etdi.

 

Lakin buna baxmayaraq, Kodak yenə də ölkəyə ən çox ixtiralar verən şirkətlərdən biri olaraq qaldı.

“Kodak-sız tətil – boşa çıxmış tətildir” və ya şirkət ilk foto fenomenini necə yaratdı

1888-ci ildə İstmen şirkəti çörəyə bənzəyən və 100 kadrlı kağız fotolentlə birlikdə satılan əl kamerasını buraxdı. Fotolent bitəndə alıcı kameranı istehsalçıya göndərməli idi, şirkət şəkilləri çap etdikdən sonra fotolenti müştəriyə geri qaytarırdı.

download 4

İstmen şəkil çəkdirməyi populyarlaşdırmaq və hər kəsin onun kamerasını idarə edə biləcəyini sübut etmək istəyirdi. Bu məqsədə çatmaq üçün Kodak reklam afişalarında “Siz düyməni basın, qalanını biz edərik” şüarını yazırdı.

download 1

İxtiraçı bunu bacardı. Kodak şəkil çəkdirmək həvəskarlığını “milli fenomenə” və xatirələri bölüşməyin yeni üsuluna çevirdi: “Kodak-sız tətil – boşa çıxan tətildir”, “İcazə ver əvəzində Kodak danışsın”, “Bunu Kodak ilə sübut et”. 

download 2

Kodak-ın biznes modeli çox sadə idi: şirkət illər ərzində gəlir əldə etmək üçün münasib qiymətə on milyonlarla kamera satırdı. Bəzən o, uşaqlara pulsuz cihazlar verirdi.

Ötən əsrdə Kodak müxtəlif iddialı layihələr üzərində işləyirdi:

– Hollivud kinostudiyaları üçün fotolent istehsal edirdi;

– Həvəskar fotoqraflar üçün yeni Super 8 fotolentinin ixtirası ilə məşğul olurdu;

– Kosmik gəmilər üçün fotosistemlər yaradırdı – onlar Ayın səthinin 99%-ni tuturdu;

– İkinci Dünya müharibəsi dövründə Strateji Xidmətlər İdarəsi tərəfindən istifadə edilən kameralar hazırlayırdı.

 

1960-1970-ci illərdə Kodak 70 milyon kiçik formatlı Instamatic kamerası satsa da, gəlirin əsas hissəsi fotolentlərdən əldə edilirdi. Ümumilikdə, Instamatic istifadəçiləri səkkiz rulon lent xərcləyirdi.

download 5 scaled

Kodachrome kinolentinə ABŞ-ın 35-ci prezidenti Con Kennedinin öldürülməsi düşdü. Təsadüfi “operator” iş adamı Abraham Zapruder oldu: o, “belə bir fürsət olduğu üçün” kortejin hərəkətini çəkməyə başladı. Kodak məhz bu ideologiyanı təbliğ edirdi.

 

Şirkət turistləri cəlb etmək üçün görməli yerlərin fotosunu çəkməyə təşviq edən reklamlar yerləşdirməyə başladı və Nyu-Yorun Böyük Mərkəzi Stansiyasının foyesində lövhə asdığı Coloramas layihəsini işə saldı. Fotoşəkillərdə müxtəlif maraqlı mənzərələr və “mükəmməl” Amerika ailəsinin obrazı – şənlikdə, kamin yanında, bağda – təsvir olunmuşdu.

Kodak amerikalılara sadəcə şəkil çəkməyi öyrətmədi, həm də nəyi və nə üçün çəkməli olduqlarını göstərdi.

Kodak-ın daha bir cihazı Kodak Carousel proyektorudur. Onu gələcəyi görməyə və keçmişə qayıtmağa imkan verən maşın da adlandırırlar. O dövrdə şirkət 20-ci əsrin təcəssümü idi və Roçesterdəki 19 mərtəbəli baş ofisi şəhərin mayak fənəri sayılırdı. 1980-cı illərin əvvəllərində şəhərin ümumi mənfəətinin dörddə biri Kodak-ın payına düşürdü. Sözügedən illərdə şirkətdə 50 mindən çox insan çalışırdı.

Şirkət işçilərin və onların ailələrinin müalicə xərclərini özü ödəyirdi. Təhsili subsidiyalaşdırırdı, ipoteka verirdi və idman klubları təşkil edirdi.

“Rəqəmsal foto fotolenti məhv etməyəcək”: niyə Kodak hər yerdə gecikdi və müflis oldu

1980-cı illərin sonlarında Kodak bir çox çətinliklərlə üzləşdi. O, videokameranı vaxtında buraxa bilmədi və bazarı Yaponiyanın JVCSony şirkətlərinin əlinə verdi.

Şirkət ani şəkillərlə də gecikdi. 1976-cı ildə istehsala başlayan Kodak, Polaroid-dən məhkəmə iddiası aldı. O, 1950-ci illərin sonlarında Land Camera cihazını yaratdı və Kodak-ın onun hüquqlarını pozduğunu açıqladı.

download 6

Polaroid təzminat olaraq 12 milyard dollar tələb etdi və təxminən 10 ildən sonra Kodak-dan 925 milyon dollar aldı.

1988-ci ildə şirkət Sterling Drug əczaçılıq şirkətini genişləndirmək və 5 milyard dollara almaq qərarına gəldi. Doğrudur, bir neçə il sonra onu 1.6 milyard dollara satdı, bu da kütləvi ixtisarlara səbəb oldu: təkcə 1989-cu ildə Kodak 4500 işçini işdən çıxartdı.

Roçester sakinləri tənəzzüldə rəhbərliyi günahlandırırdılar. Onlar şirkətin CEO-su Kolbi Çandleri “Kodak-ı məhv edən adam” kimi istefa verməsini tələb edirdilər. 1990-cı ildə onun yerinə kimya mühəndisi Key Uitmor gəldi.

İKolbi qısa zamanda xərcləri azalda bilmədi və idarəçiliyi Motorola şirkətinin keçmiş direktoru Corc Fişerin əlinə verdi. O, həyatın çox hissəsini Roçesterdə yaşamadan şirkətə rəhbərlik edən ilk şəxs oldu.

download 7

Şirkətin direktorları ilə birlikdə bazar da dəyişdi: indi istehlakçıların tələbi film yox, rəqəmsal fotolar idi. Buna baxmayaraq, Kodak inkişaf strategiyasını dəyişdirməyə tələsmirdi.

download 8

Stiv Saason hələ 1989-cu ildə rəhbərliyə rəqəmsal kameranın prototipini göstərmişdi. Lakin ixtiraçının 15 ildir təkmilləşdirdiyi layihə dəstək ala bilməmişdi.

1993-cü ildə Kodak rəqəmsal foto sahəsinə 5 milyard dollar xərclədi və bazara daxil oldu, lakin proqnozlaşdırdığı kimi tək yox, rəqibləri ilə birlikdə – Sony, Canon Olympus.

1997-ci ildə Fişer eyni vaxtda yeni bazarda uğur qazanmağa və şirkətin köhnə işçilərini “rəqəmsal fotonun filmi məhv edə bilməyəcəyinə” inandırmağa çalışdı. Lakin o, yeni kameraları gəlirli məhsula çevirə bilmədi. 2001-ci ildə Kodak cihazlarını aşağı qiymətə satırdı, bu da hər kameradan 60 dollar itirmək demək idi.

Onda Kodak işçilərini yenidən ixtisar etməyə başladı: 2012-ci ilə qədər onların sayı 5000-dən çox idi və tezliklə rəqəm yarıya qədər azaldıldı. Elə həmin il şirkət müflis olduğunu açıqladı. Pensiyaya çıxmış işçilər tibbi sığortasız qaldı, çoxları pensiyasını belə ala bilmədi.

“Həyat tərzi olaraq Kodak artıq geridə qaldı”: hələ də yaradır, ancaq artıq təəccübləndirmir

Şirkət yenidən populyarlıq qazanmaq üçün çalışmağa başladı:

– Yüksək sürətli rəqəmsal çap xidmətini yaratdı;

– Patent satmaqla məşğul oldu, öz smartfonunu istehsal etdi;

Super 8 kamerasının yenilənmiş versiyasını buraxdı;

Forever 21 markası ilə birdə geyim və aksesuar kolleksiyasını açdı.

 

O, hələ də fotolent satır, lakin artıq kommersiya çapından tutmuş qida qablaşdırılmasına qədər hər şeyi öz üzərinə götürür. Nadir hallarda ixtisaslaşmış məhsullar istehsal edir: rentgen fotolentləri, parça örtükləri, antimikrob materiallar və s.

Şirkət hələ də ixtira edir: mürəkkəblər və nanohissəciklərin formulları, yüksək sürətli çap üsulları. Ona görə, Kodak printerləri – dünyanın ən sürətli printerləridir. Bununla belə, şirkətin ixtiraları artıq amerikalı istehlakçıları valeh etmir.

İstmen Kodak mədəniyyətini paternalizm üzərində qururdu: işçilərə şirkətə sadiq qaldıqları təqdirdə hər il bonus və ömürlük pensiya ödəyəcəyini vəd edirdi. O, hər vasitə ilə iş yerlərini qoruyub saxlamağa çalışırdı, bu səbəbdən çox vaxt texnoloji yenidənqurmalardan imtina etməli olurdu.

“Rəngliləri” işə götürmür

Qeyd edək ki, bu səxavətdən yalnız ağdərili işçilər yararlana bilirdi. 1939-cu ildə Rəngli Xalq Komissiyası ABŞ-ın sənaye şəhərlərində yaşayan qaradərili sakinlərinin niyə yoxsul olduğunu başa düşməyə çalışırdı.

Kodak, o dövrdə digər şirkətlər kimi, mənzillərin seqreqasiyasına təsir edirdi. O, işçilər üçün ev tikirdi, hətta onlara ipoteka almaqda dəstək olurdu. Buna baxmayaraq, obyektlərdən birinin sənədlərində deyilirdi ki, “saytı rəngli əhalinin nümayəndələrinə satmaq və icarəyə vermək olmaz”.

Şirkət çox il əvvəl baş verən hadisələri şərh etməkdən imtina etdi və yekdilliklə müxtəlifliyin tərəfdarı olduğunu bildirdi.

“Biz kimya müəssisəsiyik”: Kodak necə inkişaf etməyi planlaşdırır

2021-ci ildə şirkət özünü kimya müəssisəsi kimi qələmə verdi. Hazırda laboratoriyaların yerləşdiyi binalar tədqiqat mərkəzinə çevrilməsi gözlənilir.

 

Vətəndaşlar şirkətin səriştəsini şübhə altına almağa başladı, lakin rəhbərlik onları inandırmağa çalışırdı: “Biz bir əsrdir ki, kimyəvi maddələr istehsal edirik. Şirkətin ərazisində heç kim detalları lehimləmir, montaj xətləri yoxdur. Əvəzində reaktorlar və buxar boru kəmərləri quraşdırırıq”, – deyə Kodak-ın CEO-su Cim Kontinents açıqlama verdi.

Bu gün Kodak – marka deyil, kimyəvi maddələrin istifadə yollarını tapmağa çalışan alimlər qrupudur.

download 9

2020-ci ilin sonunda hüquqşünaslar və ABŞ-ın Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası belə qənaətə gəldi ki, Kodak tərəfindən qanun pozuntusuna dair heç bir dəlil aşkar edilməyib. Bununla belə, sonuncu 2021-ci ilin mayında kreditin baxılmasının qeyri-müəyyən müddətə təxirə salındığını etiraf edib.

Şirkət özü hökumətin dəstəyinə artıq arxalanmadığını bəyan edib. “Biz lazım gələrsə, bütün obyektləri özümüz təmir edəcəyik. Sadəcə bu istədiyimiz miqyasda və müddətdə baş verməyəcək”, – deyə Kodak-ın texniki direktoru Terri Taber qeyd edir.

ABŞ-ın keçmiş maliyyə naziri Larri Sammers şirkətin gələcəyinə şübhə ilə baxır: “Aşırı nostalji şirkətin dağılmasına səbəb oldu, buna görə onun ölkə iqtisadiyyatı üçün artıq heç bir əhəmiyyəti qalmadı”.

Son xəbərlər
Digər xəbərlər