“AFB Bank” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsindəki sosial layihələrdən daha birini uğurla sonlandırdı.
Bank Zəfər günü ərəfəsində Milli Hematologiya və Transfiziologiya Mərkəzinin Mərkəzi Qan Bankı ilə birgə “Talassemiyasız yaşam üçün” – “Qan ver, həyat qurtar!” şüarı altında Qanvermə aksiyası keçirdi. Bankın Mərkəzi ofisində baş tutan aksiyada həkim-hematoloqların nəzarəti ilə əməkdaşlardan qan götürüldü. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaqdır.
Hazırda 7 filial və 4 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan
“AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 Çağrı Mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.