-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda işsizlərin məşğulluğu üçün ayrılacaq məbləğ açıqlanıb

Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nına əsaəsn işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi, təşkili mexanizminin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması nəzərdə tutulub.

Bu Hesablama Palatasının “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi layihəsinə rəy”ində əks olunub.Rəydə bildirilib ki, 2022-ci ilin dövlət büdcəsi üzrə Qanun layihəsində işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi, təşkili mexanizminin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması ilə bağlı xərclərin maliyyə təminatı, o cümlədən iri dövlət müəssisələrində yaradılmış 18 minə yaxın iş yerlərinin əməyin ödənişi xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün 230,7 mln. manat vəsait proqnozlaşdırılıb.

2022-ci il üzrə dövlət büdcəsinin layihəsi ilə birgə Hesablama Palatasına təqdim edilmiş məlumatlarda cari il üzrə orta aylıq əmək haqqının 2020-ci il üzrə müəyyən edilmiş göstəricini 35,1 manat və ya 5% üstələyərək 742,8 manat 2022-ci il üzrə proqnozlaşdırılan göstəricinin isə cari ilin müvafiq göstəricisini 64,8 manat və ya 8,7% üstələyərək 807,6 manat olacağı qeyd edilib.

Hesablama Palatası işləyən pensiyaçıların işsizlikdən sığorta haqlarına cəlb edilməsi istiqamətində müvafiq tənzimlənmənin aparılmasının vacib olması qənaətindədir.

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 5.12.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmiş şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir. Buna görə də yaşa görə əmək pensiyaçıları “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunlarında işaxtaran və işsiz şəxslər üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik deyillər. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.3-cü maddəsinə uyğun olaraq onlar da işəgötürənlə əmək müqaviləsi bağladıqda Fonda sığorta haqqı ödənilməsinə cəlb olunurlar. Statistik hesabatlara əsasən 01 iyul 2021-ci il vəziyyətinə ölkə üzrə 116527 nəfər yaşa görə pensiyaçı əmək fəaliyyətini davam etdirir. Fonda sığorta haqqı ödəmələrinə baxmayaraq həmin şəxslər əmək fəaliyyətini dayandırdıqda iş axtaran və işsiz vətəndaşlar üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə etmirlər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər