10 C
Baku
Wednesday, December 11, 2024

“Qazprom” Şimal axını-2 kəməri istismara hazır olduğunu deyir

“Şimal axını-2” qaz kəməri istismara hazırdır.

Bu barədə “Qazprom” şirkətinin departament müdirinin müavini Aleksey Finikov investorlarla qapalı konfrans zamanı bildirib.

“Şimal axını 2” qaz kəmərinin tikintisi başa çatıb və artıq işə salınmağa hazırdır, o bildirib.

Qeyd edək ki, kəmərin tikintisi cari ilin sentyabrın 10-da başa çatıb. “Qazprom” kəməri bu ilin sonuna istismara verməyi planlaşdırırdı.

“Şimal axını-2” layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur. “Şimal axını-2” kəməri ilə cari il ərzində 5,6 mlrd. kubmetr qaz nəql oluna bilər.

Xatırladaq ki, ABŞ-ın sanksiya təhlükəsi ilə əlaqədar İsveçrənin “Allseas” şirkəti boruların döşənməsindən imtina etdiyinə görə kəmərin tikintisi 2019-cu ilin dekabrında dayandırılmışdı. 2020-ci ilin dekabrından isə tikinti işləri yenidən bərpa olunub.

Son xəbərlər
Digər xəbərlər