15 C
Baku
Sunday, November 24, 2024

ABŞ-ın Energetika Nazirliyi neftin qiyməti ilə bağlı proqnozunu artırıb

ABŞ-ın Energetika Nazirliyi “Brent” markalı neftin qiyməti ilə bağlı proqnozunu 71.4 dollardan 71.6 dollara qədər artırıb. Banker.az xəbər verir ki, bu barədə nazirliyin Enerji İnformasiya İdarəsinin (EIA) hesabatında deyilir.

Agentlik həmçinin 2021-ci ilin sonuna kimi “Brent” markalı neftin kotirovkalarının orta hesabla 82 dollar/barel olacağını gözləyir. Bununla yanaşı, nazirliyin məlumatına görə, 2022-ci ildə OPEC+ ölkələri tərəfindən hasilatın və ABŞ-da bərpası çətin olan neftin artması fonunda “Brent”in qiyməti bir barel üçün 72 dollara düşəcək.

“WTI” markalı xam neftin qiyməti 2021-ci ildə 69 dollar/barel, 2022-ci ildə isə 68.3 dollar/barel səviyyəsində proqnozlaşdırılır.

Eyni zamanda ABŞ-ın Energetika Nazirliyi 2021-ci ildə ölkədə neft hasilatı ilə bağlı proqnozunu 80 min barel artıraraq günlük 11.1 milyon barelə çatdırıb. 2022-ci ildə gözlənilən hasilat həcmi 170 min barel artıraraq sutkada 11.9 milyon barelə yüksəlib.

Agentlik qeyd edib ki, oktyabrda ABŞ-da orta günlük neft hasilatı Meksika körfəzindəki “İda” qasırğası səbəbindən demək olar ki, tamamilə dayandırıldığı sentyabr ayı ilə müqayisədə 700 min barel artaraq günlük 11.4 milyon barelə çatıb.

Son xəbərlər
Digər xəbərlər