-3 C
Baku
Sunday, December 15, 2024

Samir Şərifov: “Neft Fondundan transfert azalır”

“Büdcə xərclərinin icra səviyyəsi aşağıdır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bu, problemdir: “İqtisadiyyat Nazirliyi ilə bu problemlərin həll edilməsi üçün razılığa gəlmişik. İcraçı təşkilatlardan çox şeylər asılıdır. Dövlət Neft Fondundan olan transfertlər növbəti il keçid layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Burada Neft Fondundan xərcləri artırdığımız deyildi. Əksinə, biz xərcləri artırmırıq. İki ilin nəticələrini təhlil etsək, görürük ki, transfert azalır”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər