5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan pulların yuyulması ilə mübarizədə tərəqqi barədə MONEYVAL qarşısında hesabat verəcək

Azərbaycan 2016-cı ilin dekabr ayınadək Avropa Şurasının (AŞ) Pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi üzrə Ekspert Komitəsinə (MONEYVEL) pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizədə tərəqqi barədə hesabat təqdim edəcək.

Bu barədə AŞ-nin saytında dərc edilən MONEYVEL-in məruzəsində deyilir.

Bundan başqa, 2015-ci ilin dekabrında Azərbaycan göstərilən dövrdə pulların yuyulması ilə mübarizə sahəsində müəyyən çatışmazlıqların aradan qaldırılması üçün tətbiq edilən tədbirlər barədə ilkin hesabatı komitəyə təqdim etməlidir.

Hesabatda deyilir: “MONEYVAL Azərbaycanı pullların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizənin təkmilləşdirilməsi üzrə səyləri aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq və bu sahədə səmərəli tədbirlər qəbul etmək yolu ilə aktivləşdirməyə çağırır”.

Hesabatda qeyd edilir ki, Azərbaycan Mərkəzi Bankı Bankı yanında Maliyyə Monitorinqi Xidməti ölkədə pulların yuyulması ilə terrorçuluğun maliyyələşdirilməsi ilə fəal mübarizə aparır, buna rəğmən, istənilən kənar təsir və müdaxilədən azad xidməti təmin etmək üçün əlavə tədbirlər görməlidir.

MONEYVAL hesab edir ki, ölkənin hüquq-mühafizə orqanları maliyyə cinayətləri ilə bağlı araşdırmaların aparılması üçün kifayət qədər hazırlıqlıdır.

Hesabata əsasən, pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsində şübhələr yaranan zaman maliyyə qurumlarının hesabatlılığının səviyyəsi aşağıdır. Banklar yalnız istisna təşkil edirlər.

Trend

Son xəbərlər
Digər xəbərlər