7 C
Baku
Thursday, December 12, 2024

Dollarla bərabər qızılın qiyməti də bahalaşır – Son 5 ayın maksimumunda

ABŞ-da inflyasiyanın proqnozları üstələyərək son 30 ilin ən yüksək həddinə çatması dollarla paralel, qiymətli metalın da qiymətini qaldırmalı olub.

Banker.az xəbər verir ki, qızıl qiymətləri Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabr fyuçersləri üçün qiyməti 13.3 dollar, yaxud 0.72% bahalaşmaqla 1 861.6 dollar/unsiyaya yüksəlib.

Bu da son 5 ayın maksimumlarına yüksəlməsi deməkdir.

Treyderlərin FED-in yaxın zamanlarda inflyasiyanın bu qədər artımına (6.2%) reaksiya olaraq sərt monetar siyasətə əl atmayacağı təsüratı da yaradıb ki, gözləntilər də qızıl qiymətlərini dəstəkləyir.

Növbəti əsas psixoloji bariyer olaraq isə 1900$ həddi çıxış edə bilər.

Qeyd edək ki, qızılın qiyməti sonuncu dəfə 2020-ci ilin iyulunda 2000 dollar/unisyaya yüksəlsə də, cari ilin əvvəlində bu qiymətli metalın dəyəri 1 700 dollar/unisya səviyyəsinə qədər gerilədi. Cari ilin mayında isə 1 902 dollar/unsiya səviyyəsinə yüksəlmişdi.

Hazırda birjalarda ABŞ valyutası da bahalaşır. Məsələn, Bakı vaxtı ilə 16:00 radələrində dolların altı əsas valyuta qarşısındakı indeksi 95 bəndin üzərinə çıxmaqla son bir ilin maksimumuna yüksəlib.

Son xəbərlər
Digər xəbərlər