“Elektron Hökumət” portalı üzərindən verilən elektron arayışların istifadə çərçivəsi gündən-günə genişlənməkdədir. Portal üzərindən təqdim olunan arayışlar vasitəsilə artıq bir çox kredit təşkilatı öz müəssisədaxili əməliyyatlarını rahat və əlverişli şəkildə idarə edir.
Trend Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə istinadən məlumat verir ki, bu gündən etibarən ölkəmizdə lizing şirkətləri də elektron arayışlardan faydalanmağa başlayıb. Mərkəz və “Azərbaycan Lizinq Şirkəti” MMC arasında bağlanılmış müqaviləyə əsasən “Ansar Leasing” öz fəaliyyətində elektron arayışlardan istifadə edəcək.
Qeyd edək ki, elektron arayış vətəndaş tərəfindən “Elektron Hökumət” portalı vasitəsilə formalaşdırılan elektron sənəddir.