9 C
Baku
Thursday, December 12, 2024

Fərasətli məhkumun fərasətli qaçış planı

Fərasətli məhkum Neil Moore həbsxana işçilərini aldadaraq maneəsiz olaraq həbsxananı tərk etmişdir. Məhkumun yoxa çıxmasını isə 13 mart tarixində 28 yaşlı məhkum ilə söhbət etməyə gələn vəkillər aşkar edir. Belə məlum olur ki, 3 gün əvvəl onun azad olunması ilə bağlı məktub gəldikdə Neil azad edilib.

Smartfon ələ keçirməyə nail olan məhkum məhkəmə xidmətinin istifadə etdiyi domenə oxşar saxta domeni qeydiyyatdan keçirir. Daha sonra isə həbsxananın elektron ünvanına özünün azad edilməsinə dair qərar məktubu göndərir. Məktubda saxta saytın linki və dedektiv-inspektor Chris Soole-un adı və Kral məhkəməsinin məlumatları əlavə edilmişdi.

Bir müddət keçdikdən sonra Neil Moore özü təslim olaraq etdiyi bütün, yəni 8 cinayətini etiraf edir. O daha əvvəl isə saxta 1,8 milyon funt sterlinq ələ keçirdiyinə görə həbs edilmişdi. O müxtəlif bankların nümayəndələri olaraq kommersiya təşkilatlarına zəng edərək onlara bu nəhəng məbləği etibar edə biləcəyini iddia edirdi. Hər şey çox təbii görünsün deyə, o sanki bank əməkdaşları dəstəyi bir-birinə verirmiş kimi həm kişi, həm qadın səsi ilə danışırdı. 20 aprel tarixində məhkəmə onun haqqında qətiimkan tədbiri seçəcək.

Son xəbərlər
Digər xəbərlər