14 C
Baku
Sunday, November 24, 2024

Mikayıl Cabbarov: “Azərbaycan iqtisadiyyatına 300 mlrd dollar pul qoyulub”

“1995-ci ildən bu il iyulun 1-nə qədər Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dolları investisiya qoyulub”.

Bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF) iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, bunun yarısı xarici sərmayələrdir: “O cümlədən ölkənin sənaye zonalarına qoyulması nəzərdə tutulan 6,7 milyard dollar investisiyanın 6,3 milyard dolları artıq yatırılıb”.

Nazir deyib ki, bu il Azərbaycan iqtisadiyyatına həcminə görə, 2019-cu ildəki səviyyəni üstələyəcək, ölkənin strateji valyuta ehtiyatları 108 milyard manata (63,5 milyard ABŞ dolları) çatacaq ki, bu da xarici dövlət borcundan bir neçə dəfə çoxdur.

Son xəbərlər
Digər xəbərlər