Bəzi brendlərin adları bizim şüurumuza elə hakim kəsilib ki, biz artıq nəinki onların əcnəbi adlar olmasına, həmçinin bizim üçün tanış olmayan səslənməsinə və əksər hallarda düzgün olmayan tələffüzünə də öyrəşmişik. Sözlərin mənası haqqında isə ümumiyyətlə düşünmürük.
Bəzən də olur ki, biz bu haqda düşünürük, amma ya dili bəlmədiyimizə, ya da kontekstdən xəbərsiz olduğumuza görə brendin adın izah edə və simvolların mənasını açıqlaya bilmirik. Amma bilin ki, hər bir adın arxasında, onun yaranması və mənşəyi haqqında maraqlı bir tarixçə dayanır.
Beləliklə, brendlərin və kompaniyaların ikili adları özündə həm onların yaradıcılarının adlarını, həm də məhsulun özü ilə bağlı hər hansı bir məntiqi həlqəni gizlədə bilər. Eyni vaxtda adlar sadəcə öz rəhbərlərinin bəzi əyləncələrini və ya maraqlarını da əks etdirə bilər. Bu zaman hətta ətrafdakı hadisələrin təsadüfü gedişi də müəyyən rol oynayır.
DANIŞAN ADLAR
Brendin adında bir cüt söz kifayət qədər məna yükünə malik olub, brendin təyinatı açıqlayaraq, onu xarakteri haqqında müəyyən informasiya çatdıra bilər.
Pull and Bear
Bu cavan ispan geyim markası 1991-ci ildə meydana gəlmişdir. Internetdə brendin adının tərcüməsi ilə bağlı bir sıra məzəli variantlar meydana çıxmağa başladı: “Dart və daşı”, “Dart və ayı”, “Gəlin ayını kötəkləyək” və s. Həqiqətdə isə ingilis mənşəli “bear” sözünün hamıya məlum olan daşımaq mənası ilə yanaşı geyinmək mənası da vardır, “Pull” sözü isə əyinə taxmaq, əyinə keçirtmək deməkdir. Beləliklə gündəlik və praktik geyim tərzi təklif edən Pull and Bear markasının adı düzgün şəkildə “Geyin və gəz” kimi verilə bilər. Ad brendin tərzini və üslubunu ötürür- cavan sayağı və qeyri rəsmi.
Head & Shoulders
Head & Shoulders şampunu 1950-ci ildə yaranmışdır. Vasitənin bu cürə yəni “baş və çiyinlər” adlandırılması onun məhz kəpək ilə mübarizə aparmaq məqsədi ilə yaradılmasını vurğulamaq mənasını daşıyırdı. Bundan əlavə məhz görünən kəpək ilə, yəni saçın dərisində deyil, çiyinlərdə olan kəpək ilə mübarizə diqqət önünə çəkilirdi. Bu məsələ ilə bağlı 2006-ci ildə Böyük Britaniyada brendin reklamına qarşı Reklam standartları Komitəsinin bir sıra etirazları və iradları əmələ gəlmişdir. Belə ki, Head & Shoulders reklamında istifadəçiləri əmin edirdi ki, müntəzəm istifadə nəticəsində kəpəkdən 100% qurtulmaq mümkündür, bu isə alıcıları yanlışlığa aparırdı. P&G israr edirdi ki, bu ifadədə heç də bütün kəpəyin tamamı ilə yoxa çıxacağı iddia edilmir. Onların sözünə əsasən bu o deməkdir ki, şampundan müntəzəm istifadə “kəpəyin görünən əlamətlərini” aradan qaldırmağa imkanı verəcək, yəni digər insanlar ilə yarım metr məsafədən ünsiyyətdə olarkən kəpək görünməyəcək (eyni ilə reklamda olan məsafə). Komitəni sözsüz ki bələ izahat qane etmədi və onlar reklamda “kəpəyin 100% aradan qaldırılması” kimi iddianın verilməsini qadağan etdilər
Wash & Go
Doxsanıncı illərin əvvəllərində Procter & Gamble şirkətinin mütəxəssisləri bir flakonda iki kosmetik vasitənin –şampun və kondisioneri birləşdirmək qərarına gəldilər. İnqilabı yenilik onda idi ki, saçlara qulluq prosesi daha sadələşdin və buna sərf olunan vaxtın miqdarı da azalsın. Bu zaman saçların adi bir yuyulmasından sonra da arzu olunan nəticəni əldə etmək mümkün olardı. Şampunu “Wash & Go” adlandırdılar ki, bu da “Yu və get” anlamına gəlir. Sonra isə məhsulu “gözəl saçlar- bu necə də asandır” sloqanı altında irəlilətməyə başladılar. Brend reklamlarında götürülmüş “ikisi birində”, “şampun və kondisioner bir arada” frazaları isə sadə insanların yaddaşına həmişəlik həkk olunmuş və onların gündəlik leksikonuna daxil olmuşdur.
AILƏ BIZNESI
Kompaniyaların əksəriyyəti öz qurucularının, dahiyanə ideyaların sahiblərinin, inqilabi dəyişikliklərə səbəb olmuş məhsul yaradıcılarının və ya öz zamanlarında lazımı yerdə, lazımı insanları və lazımı ideyaları birləşdirməyi bacarmış şəxslərin adını daşıyır. Hamıya məlumdur ki, məşhur Dolce & Gabbana öz adını- yaradıcıları Domeniko Dolçe və Stefano Qabanna dizaynerlərinin adından götürüb, Saatchi & Saatchi agentliyini isə Moris və Şarl Saatçi qardaşları açmışdır.
Procter & Gamble
Procter&Gamble – şamçı Uilyam Prokter və sabunçu Ceyms Qemblın soyadlarından götürülüb. Bu iki şəxs 1837-ci ildə ordu üçün şam və sabun istehsal edən şirkətin əsasını qoymuşdur. Qeyd edək ki, hər iki soyadın ilk iki hərfindən ibarət olan loqotipi şirkət cəmi dörd il bundan qabaq istifadə etməyə başlamışdır. Bundan əvvəl isə şirkətin emblemi 13 ulduzun ətrafında olan kişi təsvirindən ibarət idi, bu emblem ötən əsrin 80-ci illərində satanist simvollardan istifadədə ittiham edildi.
12 il ərzində davam edən qalmaqallı və səs-küylü məhkəmə prosesləri ərzində sübut olundu ki, P&G şirkətinin satanist qruplar ilə bağlılığı haqqında yayılan şayiələri, onun rəqibi olan Amway-ın əməllərinin törəmələridir. Amma lazımsız ittihamlardan uzaq olmaq üçün şirkət emblemi hazırkı loqotiplə dəyişmək qərarına gəldi.
Johnson & Johnson
Bu kompaniyanın adındakı Conson sözü də soyadından götürülüb. 1886-ci ildə üç qardaş Robert Vud Conson, Ceyms Vud Conson və Evard Mid Conson- ABŞ-da Johnson & Johnson şirkətinin əsasını qoyurlar. 1932-ci ildə şirkətdə rəhbərliyə təsisçilərdən biri olan Robert Vud Consonun oğlu gəlir və “Bizim kredo” adlı sənəd qəbul edir. Həmin sənədə Johnson & Johnson şirkətinin bugünkü vaxtda da əməl etdiyi prinsiplər cəm şəklində öz əksini tapmışdır. Ondan sonra kompaniyanın idarəçiliyində Conson olmayıb, amma ümumilikdə mövcud olduğu 125 il ərzində Johnson & Johnson cəmi səkkiz dəfə rəhbər dəyişmişdir.
Schwarzkopf & Henkel
Ötən əsrin əvvəllərində alman kimyaçısı Hans ŞvartsKopf əvvəlcə toz şəkilində, daha sonra isə tarixdə maye halında olan ilk şampununu hazırlayır, yeniliyin qabının üstünü isə qara rəngdə təsvir olunmuş baş silueti ilə bəzəyir. Beləliklə öz məhsulunu həm Avropaya. Həm də dünyanın digər ölkələrinə təqdim etməyə başlayır. Schwarzkopf (həm də almanca schwarz-qara, kopf-baş deməkdir) ilə eyni zamanda Almaniyada yuyucu toz istehsal edən Henkel şirkəti də meydana gəlir. Onun yaradıcısı isə cavan ticarətçi Frits Henkel olur. Təqribən bir əsr sonra,1995-ci ildə Schwarzkopf kompaniyası Henkel tərəfindən udulur və yeni kosmetik bölmənin əsası yaranır. Bu bölmə isə Schwarzkopf & Henkel adını daşıyır.
TƏSADÜFI NEYMINQ (ADLANDIRMA)
Bəzən şirkətin yeni adı ətrafda baş verən hadisələrin, şirkətdə müşahidə olunun tarixi dəyişikliklərin və ya gözlənilməz ilham pərisi sayəsində öz-özünə yaranır və şəkil dəyişikliyinə uğrayır. Axırıncı halda isə sizin ilham pəriniz cizgi filmi adından tutmuş, gəmi adına qədər istənilən bir şey ola bilər.
Paul & Shark
Paul & Shark adı heç də birdən birə formalaşmamışdır. Şirkət 1921-ci ildə yaranmış və Magnificio daco-dan başlayaraq DAMA SpA-ya qədər müxtəlif adlar dəyişmişdir. Bir dəfə isə şirkətin banisi italiyalı Cuzeppe Dako yelkənli qayıq görmüş və məhz bu ona yeni bir ideya bəxş etmişdir. Qayığın adı (Paul & Shark) Cuzeppenin o qədər xoşuna gəlmişdir ki, o əvvəlcə şirkətin adını Dini&Shark-a çevirmişdir. Daha sonra isə o naməlum yelkənli qayığın adını tamamı ilə mənimsəyərək 1977-ci ildə bu ticarət nişanını İtaliyada və dünyanın bir sıra digər ölkələrində qeydiyyatdan keçirmişdir. Geyim brendinin firma rəngləri isə dəniz rənginin müxtəlif çalarları olan göy və mavi rənglər olmuşdur. Hal-hazırda müəssisə həmişə yelkənli qayıq yarışlarının sponsoru qismində çıxış edir.
H&M
1947-ci ildə Erlinq Persson tərəfindən İsveçdə Hennes (isveçcə onun üçün) qadın libasları dükanı açılır. Daha sonra, 1968-ci ildə Erlinq Persson balıqçılar və ovçular üçün olan Mauritz Widforss dükanını alır. Mal çeşidlərinin sırasına həmçinin də kişi və uşaq geyim xətləri də daxil olmağa başlayır, şirkətin adı isə Hennes & Mauritz-ə dəyişdirilir, daha sonra isə o qısaldılaraq H&M abreviaturası şəklinə düşür.
Duck and Cover
Britaniya kişi paltarları brendi Duck and Cover öz adını nüvə silahlarına qarşı mübarizə tədbirlərini təbliğ edən əfsanəvi kinolentdən götürmüşdür. “Əyil və üstünü ört” filmi (Duck and Cover” ABŞ-da SSRİ ilə soyuq müharibə dövründə yayımlanırdı və tısbağa Bert timsalında uşaqlara növə partlayışı zamanı özünü necə aparmaq lazım olduğu göstərilirdi. Cizgi filmini indi demək olar ki, heç kəs xatırlamır, amma “Duck and Cover” ifadəsi bu gün də yaşayır.