18 C
Baku
Friday, October 18, 2024

Kredit şərtləri dəyişdirilir

Dövlət başçısı İlham Əliyev Mərkəzi Banka yeni tövsiyyələr verib

Hesab Vaxtı Azərbaycanda bankların verdiyi kreditlərin daha çox real sektora yönəldilməsinə şərait yaradılacaq.

Bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə yeni iqtisadi çağırışlarla bağlı tədbirdə bildirib.

Onun sözlərinə görə, ölkə başçısının tövsiyyəsi ilə kreditlər daha çox istehsal sahələri yaradan və iş yerləri açan iş adamlarına veriləcək. Belə iş adamları üçün faiz dərəcələri də aşağı salınacaq. “Mən düşünürəm ki, kreditlərin daha çox istehlak məqsədi ilə verilməsinə gərək yoxdur”,- deyə komitə sədri bildirib.

Ziyad Səmədzadənin sözlərinə görə, kreditlərdən əyalətlərin iqtisadi inkişafı üçün istifadə ediləcək. Bu məqsədlə həmçinin regional iqtisadi inkişaf mərkəzləri yaradılacaq. Ayrıca hər region üzrə sənaye zonaları, texnoparklar və s. təşkil ediləcək.

ANS PRESS

Son xəbərlər
Digər xəbərlər