18 C
Baku
Friday, October 18, 2024

Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edildi

Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

Bu barədə qərar Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında qəbul edilib.

R.Rüstəmovla yanaşı, Xəqani Abdullayev də Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib.

E.Rüstəmov 1995-ci ilin yanvarından Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib.

X.Abdullayev isə Mərkəzi Bankda 1997-ci ildən işləyir. 2010-cu ildə isə o Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçilib.

E.Rüstəmovun səlahiyyət müddəti aprelin 6-da başa çatır.

Trend

 

Son xəbərlər
Digər xəbərlər