18 C
Baku
Friday, October 18, 2024

iPhone intiqamı…

12 yaşlı amerikalı bir qız əlindən alınmış iPhone-un qisasını almaq məqsədilə iki dəfə anasını öldürməyə cəhd edib. Verilən məlumatlara görə, uşaq anasını zəhərləməyi ümid edərək onun içkisinə kimyəvi maddə qatıb. Mart ayının əvvəlində qız içərisinə ağardıcı maddə qatdığı meyvə kokteyli hazırlayır.

Polisin verdiyi məlumatda deyilir: “Qadın bir qurtum aldıqdan sonra içkisinə qatılmış maddənin dadını hiss edir. Lakin qadın qızının meyvə kokteylini hazırlamamışdan öncə yaxşı yaxalamadığını düşünüb”.

Qadın xəstəxanaya çatdırılsa da, elə həmin gün həkimlər tərəfindən evə buraxılır.

Lakin buna baxmayaraq, qız niyyətindən əl çəkmək niyyətində deyildi. Bir neçə gün keçdikdən sonra o ağardıcı maddəni su qrafinin içərisinə tökür. Qadın dərhal xlorun dadını hiss edir. Qızının ondan aldığı iPhone-a görə intiqam aldığını başa düşən ana dərhal polisə zəng edir.

Son xəbərlər
Digər xəbərlər