Azərbaycanda külli həcmdə çirkli pulların yuyulması (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) halı araşdırılır. Baş prokurorluqdan verilən məlumata görə, materiallar üzrə araşdırma aparılır.
Verilən məlumata görə, 2011-2012-ci illərdə Royal Bank-da plastik kartlar departamentinə rəhbərlik etmiş Gülşən Mustafayeva bankın filialları vasitəsilə özünün və üçüncü tərəflərin 4,817 milyon manat həcmində vəsaitlərini yumuşdur. Bununla əlaqədar olaraq, Gülşən Mustafayevaya qarşı 308.2 və 193-1-2 maddələri ilə cinayət işi qaldırılmışdır.