Nazirlər Kabineti 2015-ci il 5 iyun tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qrant
müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda dəyişiklik edib.
Banker.az xəbər verir ki, bu bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
2021-ci il 17 noyabr tarixli 355 nömrəli Qərara əsasən, bundan sonra qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün tələb olunan sənəd və ya məlumatın Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədin və ya məlumatın təqdim edilməsi tələb olunmayacaq.