Avropa Parlamentindəki (AP) aparıcı siyasi partiyaların nümayəndələri böyük texnologiya şirkətləri üçün rəqəmsal iqtisadiyyatda rəqabətədavamlı təcrübəni məhdudlaşdıran qaydalar təsdiq ediblər.
Banker.az xəbər verir ki, yeni qaydalar bazar dəyəri 80 milyard dollardan çox olan şirkətlərə şamil olunur və texnologiya sektorunda dominant mövqedən sui-istifadənin qarşısını almaq məqsədini daşıyır. Təklif olunan qaydalar həmçinin milli orqanların daha kiçik rəqiblərin böyük oyunçuları tərəfindən satınalmalarını yoxlamaq qabiliyyətini artıracaq.
Qeyd edək ki, yerli tənzimləyicilərin səlahiyyətlərinin genişləndirilməsini ilk növbədə Fransa, Almaniya və Hollandiya tələb edir.
Yeni qanun “Google”, “Amazon”, “Apple”, “Facebook”, “Microsoft”, “Alibaba” və digər bu kimi iri şirkətlərə təsir edəcək. “Financial Times”in məlumatına görə, partiyalar arasında razılaşma əldə ediləndən sonra səsvermə keçiriləcək. Növbəti mərhələdə qanun Avropa Birliyinə üzv olan dövlətlər tərəfindən təsdiqlənəcək.