12 C
Baku
Saturday, November 23, 2024

Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidməti və Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri arasında görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) üzvləri arasında görüş keçirilib.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.

AHK-nın icraçı direktoru Tobias Bauman bu cür görüşlərin dövlət qurumları ilə ictimaiyyət arasında açıq dialoqa xidmət etdiyini diqqətə çatdırıb.

“Azərbaycanda antiinhisar nəzarəti və rəqabət mühiti: Gələcəyə baxış” mövzusunda çıxış edən Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli təmsil etdiyi qurumun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə antiinhisar nəzarəti və rəqabət sahələrində davamlı institusional islahatların aparıldığını qeyd edib, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə rəqabətin təşviqi üçün yeni alətlərdən istifadə edildiyini, maarifləndirmə və məlumatlandırma yolu ilə bazarın maraqlı tərəfləri dövlət-özəl sektor tərəfdaşlığına dəvət olunduğunu diqqətə çatdırıb.

Rəqabətə zidd davranışların qarşısının alınmasına dair nəzarət mexanizmlərinin təkmilləşdirilməsi barədə danışan Xidmətin rəis müavini qisa müddət ərzində Rəqabət Məcəlləsinin hökumətə təqdim olunacağı barədə məlumat verib. Bununla yanaşı dövlət satınalmalarında səmərəlilik və şəffaflığı təmin edən “Dövlət satınalmaları haqqında” yeni Qanunun layihəsinin hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim olunduğunu bildirib.

Rəis müavini təbii inhisarların fəaliyyətinə nəzarət, keyfiyyət və rəqabət qabiliyyətinin artırılması, istehlak bazarına nəzarət sahəsinin təkmilləşdirilməsi istiqamətində görüləcək işlər barədə məlumat verib, Dövlət Xidmətinin rəqamsallaşmaya üstünlük verməsinin insan faktorunun azalmasına və obyektivliyin artırılmasına xidmət etdiyini vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər