Bolqarıstanın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Səfirin çağırılmasına səbəb Türkiyənin guya Bolqarıstanda keçirilən prezident və parlament seçkilərinə müdaxilə etməsi ilə bağlı iddialar olub.
Bildirilir ki, noyabrın 14-ü Bolqarıstanda keçirilən seçkilərdən sonra ölkə Türkiyəni seçkilərə müdaxilə etməkdə və Bolqarıstanın daxili məsələlərinə qarışmaqda ittiham edib. Bununla yanaşı, Türkiyənin Sofiyadakı səfirinin Bolqarıstanın Xarici İşlər Nazirliyinə çağırılması Ankaranın etirazına səbəb olub.