Azərbaycanda yeni komissiya yaradılıb. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib. Sığorta məsələləri ilə bağlı vətəndaşlardan daxil olan müraciətlərə, o cümlədən təklif, ərizə və şikayətlərə baxılması üzrə işlərin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsini təmin etmək məqsədilə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin əmri ilə komissiya yaradılıb.
Komissiya aprelin 6-dan fəaliyyətə başlayıb.
Lent.az