8 C
Baku
Thursday, December 12, 2024

Deputatın payı olduğu BOKT-un rəhbərlərindən ikisi vəzifəsindən azad edilib

Azərbaycanda deputat Məşhur Məmmədovun (01.01.2021) payı olduğu bank olmayan kredit təşkilatının idarə heyətində iki şəxs vəzifəsindən istefa verir.

Banker.az xəbər verir ki, Elnur Kazımov Nəcəf oğluİlkin Vəliyev Süleyman oğlu “Bank Olmayan Kredit Təşkilatı Embafinans” QSC-nin İdarə Heyətindən uzaqlaşdırılıblar. Bununla da BOKT-nin İdarə Heyətinin üzvləri bir sədr və iki üzvdən ibarət olacaqdır.

Elnur Kazımovun (Baş maliyyə meneceri) səlahiyyətləri belə idi:

  • Təşkilatın Mühasibat uçotu və hesabatlıq sistemini beynəlxalq standartlara uyğun təşkil edir və hesabatlığın şəffaf şəkildə tərtibini təmin edir;
  • Maliyyə planı və büdcə planını hazırlayır və icrasına nəzarət edir;
  • Maliyyə təhlilini təşkil edir;
  • Təşkilatın mənfəətlik və likvidlik mövqeyini nəzarətdə saxlayır və s.

İlkin Vəliyevin (Problemli kreditlərin idarəedilməsi şöbəsinin müdiri) səlahiyyətləri bu idi:

  • Təşkilartın gecikmiş
    kreditlərinin mərhələli
    şəkildə idarə olunmasını
    təşkil edir;
  • Problemli kredit
    müştəriləri ilə məhkəmə
    işlərini nəzarətdə saxlayır və s.

Kollegial idarəetmə formasında olan BOKT-lərdə idarə heyəti təşkiların idarəedici orqanıdır.

“Embafinans” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. BOKT-nin nizamnamə kapitalında Elşad Abbasovun payı 51%-ə, Milli Məclisin VI çağırış deputatı Məşhur Məmmədov 35% və Tamara Polyakova 14% payı var. Xanım səhmdar bu BOKT-a yenidir. Belə ki, deputat və iş adamları paylarını T.Polyakovaya ötən il satmışdılar.

Son xəbərlər
Digər xəbərlər