12 C
Baku
Monday, November 25, 2024

Almaniya sakinindən 4,6 kvadrilyon avro ödəməyi tələb etdilər

Essendə təqaüd idarəsi (Almaniya) alman qadından 4,6 kvadrilyon avro dəyərində ödəniş etməyi tələb etmişdir. Bu haqda TheLocal.de nəşri məlumat vermişdir.

Nəşrin verdiyi məlumata görə, bu məbləğ Almaniyanın 2014-cü il üzrə ÜDM həcmindən 1000 dəfədən artıq çoxdur. İdarənin mətbuat katibi sözügedən məbləğin qeyd olunduğu məktubun həqiqətən də Şvarşvald sakininə göndərilməsi faktını təsdiq etmişdir. Mətbuat katibinin sözlərinə görə, idarə əməkdaşı səhvən həmin məbləği daxil etmişdir.

Xoşbəxtlikdən xəta vəziyyət ciddiləşmədən öncə aşkar edilmişdir. Bununla yanaşı, idarənin mətbuat katibi demişdir: “26 min əməkdaşı olan şirkətdə hər hansı bir xəta qaçılmazdır”.

Son xəbərlər
Digər xəbərlər