17 C
Baku
Friday, October 18, 2024

Qədim Misirin qədim faktları…

Fironlar heç vaxt ətrafdakı insanlara öz saçlarını görməyə icazə vermirdilər. Onlar daim ya tac taxır və yaxud “nemez” adlı baş örtüyündən (Firon Tutanhamonun istifadə etdiyi məşhur maska) istifadə edirdilər.

Misir fironu II Pepe milçəklərə nifrət edirdi. Buna görə də daim onun yanında üzərlərinə bal sürtülmüş bir neçə qul olurdu. Həm milçəklər tox idi, həm də firon razı. Qulların fikri isə artıq bəlli olduğu kimi heç kimi maraqlandırmırdı.

Qədim Misirdə makiyajdan yalnız qadınlar deyil, kişilər də istifadə edirdi. Göz üçün boya adətən yaşıl və qara rəngdə olurdu. Misirlilər inanırdılar ki, makiyajın müalicəvi xüsusiyyəti var. Burada makiyaj ilk növbədə günəş şüalarından qorunmaq, ikinci növbədə isə bəzək üçün istifadə olunurdu.

Antibiotiklərdən 20-ci əsrdə istifadə olunmağa başlayıb. Lakin Qədim Misirin xalq təbabətində hələ 4 min il əvvəl kiflənmiş ərzaq məhsullarından (məsələn, çörək) infeksion xəstəliklərin müalicəsi üçün istifadə olunurdu.

Qədim Misirdə uşaqlar yeniyetmə yaşına qədər ümumiyyətlə heç bir geyimdən istifadə etmirdilər. İsti iqlim geyimi lazımsız edirdi. Böyük kişilər ətəkdən, qadınlar isə dondan istifadə edirdilər.

Varlı misirlilər parikdən istifadə edirdilər. Aşağı təbəqəyə məxsus insanların saçları uzun idi və adətən hörükdə olurdu. 12 yaşına qədər uşaqların saçı keçəl edilir, başda yalnız bir hörük saxlanılırdı. Bu yalnızca uşaqları bit və gənədən qorumaq məqsədilə edilirdi.

Egypt-4-1024x680

Qədim Misirlilərin inancına görə yer dəyirmi idi və Nil çayı onun mərkəzindən axırdı.

Qədim Misirdə əsgərlər daxili polis qüvvələrinin funksiyasını yerinə yetirir, həmçinin firon üçün vergi toplayırdılar.

Qədim Misirdə kişilər və qadınlar qanun qarşısında bərabər idilər və ölkənin iqtisadi həyatında bərabər şəkildə iştirak edirdilər. Lakin sosial pilləsində kişilər qadınlardan nisbətən yuxarı mövqedə idilər.

Tapılan qalıqlar sübut edir ki, məşhur Giza piramidalarını inşa edənlər qullar deyil, daim olaraq firon üçün işləyən azad misirlilər idi. Onlar keyfiyyətli tibbi yardım görür, sınıqlar diqqətlə müalicə edilirdi.

Qədim Misirin ən məşhur fironlarından biri olan Ramzes rəsmi olaraq 8 həyat yoldaşına və 100 cariyəyə sahib olub. O 90 yaşında dünyasını dəyişib. Misirlilərin böyük bir nəsli fironun ölümsüz olduğu əminliyi ilə yaşayıblar.

Son xəbərlər
Digər xəbərlər