22 C
Baku
Monday, October 7, 2024

Bəzi banklar kreditləşmə prosesini dayandırdı

Azərbaycanın bəzi bankları qeyri-müəyyən müddətə kredit verilməsini dayandırdı. Report-un verdiyi məlumata görə, ASB Bank, Bank BTB və Dekabank həm manat, həm də dollarla verilən kreditləri dayandırmışlar.

ASB Bank-dan verilən məlumata görə, kreditlərin verilməsi müvəqqəti olaraq dayandırılmışdır və bankın nə vaxt yenidən kreditləşmə həyata keçirməyə başlaması məlum deyil. Verilən məlumatda deyilir: “Biz kreditləşmə ilə bağlı yeni qaydaalr hazırlayırıq. Ola bilsin, səbəb budur. Lakin heç bir rəsmi məlumat yoxdur. Kreditləşmənin yenidən nə vaxt başlayacağı da məlum deyil. Bunun qısa bir zamanda baş verəcəyinə ümid edirik”.

Bank BTB və Dekabank-dan heç bir rəsmi məlumat almaq mümkün olmayıb.

Qeyd edək ki, hazırda bankların əksəriyyəti manatla verilən kreditləri dayandırsa da, dollarla kreditləşmə davam edir. Bank of Baku yalnızca daşınmaz əmlak girovu ilə dollarla kredit verir. Bank VTB Azerbaijan, Expressbank, Bank Avrasiya və Günaybank manatla kreditləşməni davam etdirir. Atabank isə yalnızca manatla depoziti olan müştərilərə manatla kreditləşmə təklif edir.

Son xəbərlər
Digər xəbərlər