23 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0110004923 ISIN-li, 10 mln. manat həcmində, 2548 gün tədavül müddətli dövlət uzunmüddətli istiqrazlarının (DUİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 85.152 (10.00%) və 100.00 (7.00%) olan 12 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.00 (7.00%), orta ölçülmüş qiyməti 100.00 (7.00%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 31,409,400 manat, yerləşdirilmiş həcmi isə 6,100,000.00 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 14 noyabr 2028-cı il.
Hərrac iştirakçıları 24 noyabr 2021-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.