Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy noyabrın 24-də Azərbaycana səfər edəcək.
Səfər çərçivəsində nazir dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumunda iştirak edəcək.
Qeyd edək ki, Forumda 15 xarici ölkədən 40-dan çox elm adamı və mütəxəssislərin, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələrinin iştirakı nəzərdə tutulur. Bundan başqa türkiyəli nazir və onunla birgə Azərbaycana səfər edən heyət Bakıdakı Daş Salnamə Muzeyi ilə tanış olacaq.