“Google”un ən azı 600 işçisi kollektiv məktub yazaraq məcburi vaksinasiyanın əleyhinə çıxıb.
Xatırladaq ki, bundan əvvəl Ağ Ev bildirmişdi ki, Əməyin Təhlükəsizliyi və Sağlamlığı Administrasiyası (OSHA, ABŞ-ın Əmək Departamentinə daxildir) ölkədə yerləşən və 100 nəfərdən çox işçi heyəti olan bütün şirkətlərə işçilərini peyvənd etməyi əmr edib.
Banker.az xəbər verir ki, ABŞ-ın beşinci dairə Apelyasiya Məhkəməsi bu qaydanın dayandırılmasına qərar verib.
Verilən məlumata görə, “Google” dekabrın 3-dək 150 mindən çox işçilərin peyvənd olunub-olunmaması barədə məlumat verməyi tələb edib. “Vaksinasiya – hər kəsin ofislərə təhlükəsiz qayıtmasını təmin etməyin açarıdır”, – deyə korporasiyanın vitse-prezidenti Kris Rakov söyləyib.
Onun fikrincə, işçilər dini inanclara və ya tibbi səbəblərə görə peyvənddən imtina edə bilərlər, peyvənd olunmamaq icazəsi işçilərə fərdi qaydada veriləcək.