10 C
Baku
Thursday, December 12, 2024

Dövlət şirkətlərinin ödənişləri çox aşağıdır, bu Fondun likvid aktivlərini azalda bilər – Palata

Azərbaycanın dövlət borcuna xidmət edən orqan Təminat Fondu qarşısında yaranmış öhdəliklər üzrə qalıq məbləğlərinin kifayət qədər iri həcmli olması, illər üzrə isə bərpa edilən vəsaitin məbləğinin hələdə aşağı səviyyədə olmasını nəzərə alaraq ortamüddətli dövrdə Fondun likvid aktivlərinin azalmasına gətirib çıxaracağı ehtimalını yüksəlib.

Banker.az xəbər verir ki, bu barədə Hesablama Palatasının dövlət büdcəsi ilə bağlı verdiyi rəydə bildirilir.

Palataya görə, bu da, nəticədə Fondun öz funksiyasını həyata keçirmək üçün əlavə maliyyələşməyə ehtiyac duyulacağı qənaətinə gəlməyə əsas vermib.

Qeyd etmək olar ki, 2021-ci ilin 9 ayı ərzində “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun gəlirləri ümumilikdə 76.92  manat təşkil etmişdir ki, bundan 1.19 mln. manat dövlət zəmanətinin verilməsi üçün əsas borcalandan alınan birdəfəlik əvəzsiz haqq, 19 min manat Təminat Fonduna yığılan vəsaitin idarə olunmasından əldə olunan gəlir, 75 711.3 min manat bərpa müqavilələri və təkrar borc sazişləri üzrə daxilolmalar üzrə olub.

Beləliklə, Fondun cari ilin əvvəli tarixinə vəsait qalığı 1 mlrd. 974 mln. manat olmuş, 01.10.2021-ci il tarixə Təminat Fondunun vəsaitinin qalığı (manat ekvivalentində) ilin əvvəli ilə müqayisədə 577.7 mln. manat azalaraq 1 milyard 396.3 mln. manat təşkil etmişdir ki, bunun da 450 mln. ABŞ dolları Dövlət Neft Fondunda (765 mln. manat ekvivalenti), qalan vəsait isə Dövlət Xəzinədarlığı Agentliyinin Mərkəzi Bankdakı hesablarında olmuşdur.

“Əvvəlki illərin auditlərinin və təqdim edilmiş hesabat məlumatlarının təhlilləri göstərir ki, zəmanət verilmiş dövlət təşkilatları tərəfindən borc öhdəliklərinin yerinə yetirə bilməməsi və ya zəif (təxmini 20%) yerinə yetirilməsi və bu öhdəliklərin bir hissəsinin, kifayət qədər böyük həcmli olan dövlət borcuna xidmət xərclərinin tərkibinə daxil edilməsi ilə Dövlət büdcəsinin icrasına əlavə yük yaratmaqla xərclərə silinməsi, digər hissəsinin isə Təminat Fondunun vəsaitləri hesabına ödənilməsi ilə nəticələnir” – deyə, Hesablama Palatasının rəyində deyilir.

Palataya əlavə edir ki, Təminat Fondunun qarşısında həmin dövlət şirkətləri tərəfindən həyata keçirilmiş ödənişlərə görə Təminat Fonduna bərpası çox aşağı səviyyədə həyata keçirilir ki, bu da öz növbəsində gələcəkdə Fondun likvid aktivlərinin azalmasına gətirib çıxaracağı ehtimalını yüksəldərək, nəticədə Fondun öz funksiyasını həyata keçirmək üçün əlavə maliyyələşməyə ehtiyac duyulacağı qənaətinə gəlməyə əsas vermişdir.

Son xəbərlər
Digər xəbərlər