Türkiyə şirkətlərinin məhsullarının Azərbaycanda rəsmi distribütoru ləğv edilir.
Banker.az xəbər verir ki, “Bellfood” MMC ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1108 Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Dağlıq küçəsi 3105-ci məhəllə ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Bellfood” MMC dünyaca məşhur təşkilatların Azərbaycanda rəsmi nümayəndəsidir. “Bellfood” MMC Türkiyənin “Koç Holdinq”, “Özbir Zeytincilik”, “Ülkər-Eksper Qida Pazarlama”, “Cotton Club”, “Nefis Kosmetiks”, “Birleşik Dış Ticaret” və “Birleşik Dış Ticaret” kimi şirkətlərinin məhsullarının rəsmi distribütoru kimi fəaliyyət göstərir.